"Belarus Prezidenti Aleksandr Lukaşenko Minskə sürətli dəmir yolunun tikintisini dəstəkləyir".
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədə yüksək sürətli dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı keçirilən görüşdə deyib.
Putin Moskva ilə Sankt-Peterburq arasında sürətli dəmir yolunun tikintisinin hələ başlanğıc olduğunu bildirib:
"Gələcəkdə Ryazan, Kazan, Yekaterinburq, Adler, o cümlədən Belarusun paytaxtı Minsk istiqamətində belə rabitənin təşkili tamamilə mümkündür. Minskə gəlincə, biz bu məsələni Aleksandr Lukaşenko ilə müzakirə etmişik, o da dəstəkləyir".