29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Şimali Koreyadan iddia: ABŞ “dişsiz canavar”dır, supergüc olduğu dövr geridə qaldı

08 fev 2024 09:00
GÜNDƏM
ads
Advertisement

KXDR Xarici İşlər Nazirliyinin Yapon İşləri İnstitutunun tədqiqatçısı Kim Sol Hva bildirib ki, ABŞ-ın dünyada yeganə supergüc olduğu dövr əbədi olaraq geridə qalıb və indi Vaşinqton “dişsiz canavar”dır.

Publika.az xəbər verir ki, onun Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən dərc edilən məqaləsində deyilir: “İkinci Soyuq Müharibə strukturunda gündən-günə zəifləyən hegemonluğunu qorumaq üçün ABŞ indi çılğıncasına Yaponiya və onun müvəkkilləri ilə üçtərəfli hərbi ittifaq yaratmağa əl atır”.

Kim Sol Hva “əsas müttəfiqlərlə” ittifaq yaratmaq cəhdlərini “boğulan adamın saman çöpündən yapışması” ilə müqayisə edib.

"Birləşmiş Ştatların dünyanın yeganə super gücü olduğunu iddia etdiyi dövr əbədi olaraq geridə qaldı" deyə o yazıb və qeyd edib ki, "dişsiz bir canavar əsasında təhlükəsizlik zəmanətləri yaratmağa çalışmaqdan daha axmaq bir şey yoxdur”.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden ölkəsini dünyanın ən mühüm dövləti adlandırmışdı. “Biz ən vacib ölkəyik. Bu doğrudur. ABŞ kənara çəkilsə, nə olacaq? Yaxın Şərqdə nə baş verəcək? Tayvan boğazı necə olacaq? Asiyada nə olacaq? Bəs Ukrayna ilə nə olacaq?"- Ağ Evin mətbuat xidməti onun Nyu-Yorkda seçki kampaniyası zamanı söylədiyi sözlərdən sitat gətirib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur