Sevgilisinin keçmiş ərini öldürmək üçün killer tutan Rusiyanın Tula şəhərinin sakini barəsində cinayət işi açılıb.
Publika.az xəbər verir ki, bu barədə Tula vilayəti üzrə IC departamentinin rəhbərinin böyük köməkçisi Daria Lyalina məlumat verib.
İstintaqa məlum olduğu kimi, 34 yaşlı kişi sevgilisinin keçmiş ərindən qurtulmaq üçün plan hazırlayıb. O, qətli törətməyə razı olan şəxsi bir milyon rubla tutub. Bu plandan xəbər tutan asayiş keşikçiləri həmin şəxsi killerin adına pul köçürərkən saxlayıblar.
Cinayətkara qarşı bir neçə maddə ilə cinayət işi açılıb.
Tural