İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizə uğurlar, qardaş xalqınıza isə daha artıq inkişaf və çiçəklənmə arzulayıram.
Zati-alinizə xoş arzu və ehtiramımızı bildiririk"