29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Sərhəddəki Aİ missiyası Rusiya və İrana casusluq edir?

01 mar 2024 22:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Aİ müşahidəçilərinin “Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyəti aparması” ilə bağlı bəyanatını şərh edib.

Publika.az xəbər verir ki, Armen Qriqoryan ölkənin İctimai Televiziya kanalına müsahibəsində bu bəyanatı anlaşılmaz adlandırıb.

“Mən başa düşə bilmirəm ki, Rusiya başqa ölkələrlə problemlərini dilə gətirərək niyə üçüncü dövlətləri bu işə cəlb edir. Birincisi, Ermənistan və İran sərhədində Aİ müşahidəçiləri yoxdur, mən başa düşə bilmirəm ki, Rusiya nümayəndələri niyə belə iddialar irəli sürürlər. Aydındır ki, onlar yalnız Azərbaycanla sərhəddə mövcuddurlar, regiona sabitlik gətirirlər, sabitlik Ermənistanın maraqlarından irəli gəlir. Bilmirəm, Aİ müşahidəçiləri Rusiyaya necə casusluq edə bilərlər, Rusiya istənilən ittihamları irəli sürürsə, faktlar təqdim etsinlər və müzakirə etsinlər”, - Qriqoryan qeyd edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur