29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Əgər Tramp yenidən seçilərsə...

01 iyl 2024 12:00
GÜNDƏM
ads

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələrsə, bəzi yüksək rütbəli amerikalı məmurlara qarşı səlahiyyətlərindən sui-istifadə ittihamı ilə istintaqa başlayacaq.

Publika.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Trampın keçmiş baş müşaviri Stiv Bannon deyib.

Bannonun sözlərinə görə, Trampın siyahısına Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru vəzifəsini icra edən Endryu Makkeyb, FTB-nin keçmiş direktoru Ceyms Komi, ABŞ Müdafiə Nazirliyinin keçmiş rəhbəri Mark Esper və keçmiş baş prokuror Uilyam Barr daxildir.

“Biz tam araşdırma aparmaq istəyirik, sonra cinayət işi açılacaq. Əgər onların heç nə etmədiyi üzə çıxarsa, narahat olacaqları bir şey yoxdur”, - Trampın keçmiş köməkçisi deyib.

Xatırladaq ki, “Foreign Policy” nəşri Trampın prezident seçkilərində qələbəsinin Avropa Birliyinin “belini qıra” biləcəyini qeyd edib. Bildirilib ki, o, ilk dönəmində bu işi başa çatdıra bilməyib, indi isə Avropa daha gərgin və parçalanmış haldadır.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur