Banqkok inteqrasiya olunmuş turizmin inkişafı üçün Cənub-Şərqi Asiyanın bütün ölkələri üçün birgə viza rejiminin tətbiqini təklif edib.
Publika.az xəbər verir ki, təklifə əsasən, Tailand, Kamboca, Laos, Malayziya, Myanma və Vyetnam birgə viza rejimi tətbiq etməlidir.
Məlumata görə, birgə viza turistlərə Cənub-Şərqi Asiyanın bütün altı ölkəsini bir dəfəyə səyahət imkanı verəcək.
Adı çəkilən ölkələrin liderləri Tailandın Baş naziri Sretta Tavisin tərəfindən irəli sürülən təşəbbüsü müsbət qarşılayıblar.
Nəşrin məlumatına görə, ötən il Cənub-Şərqi Asiyanın altı ölkəsi ümumilikdə 70 milyon xarici turist qəbul edib. Ən çox turist Çin və Hindistan vətəndaşları üçün vizasız rejim tətbiq edən Tailand və Malayziyaya gəlib.