Yapon sosial media istifadəçiləri bazar ertəsi səhər səmada parlaq "odlu şar”ın keçməsini müzakirə edirlər.
Publika.az xəbər veririk, “odlu şar” əsasən Yaponiyanın şərq və şimal-şərq hissəsində müşahidəedilib.
Yaponiyanın Kanaqava prefekturasındakı Hiratsuka şəhərinin tarix-diyarşünaslıq muzeyinin kuratorlarından biri Daiçi Fujii “atəş topu” haqda ilk məlumat verənlərdən biri olub. Muzeydə astronomiyaya cavabdeh olan Fujii sosial şəbəkədəki bloqunda Hiratsuka şəhərindəki evində quraşdırılmış kameralardan, həmçinin Şizuoka prefekturasının Fuci şəhərindəki kameradan kadrları dərc edib.
Görüntülərdə parlaq alov topunun səhər səmasını sürətlə kəsdiyi görünür. Fujinin təhlilinə görə, atəş topu saniyədə 42,4 kilometr sürətlə uçub və onun düşmə trayektoriyası Saqami körfəzindən Naqano prefekturasına qədər uzanıb.
Həmçinin qeyd olunub ki, bəzi ərazilərdə partlayışa bənzər səs eşidilib ki, bu da meteoritin düşməsini göstərə bilər.