Yaponiyanın “Sharp” şirkəti qeyri-adi “Basio Active 2” smartfonunu təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilib ki, yeni məhsul hərbi sertifikatlar altında qorunma və sabunla yuyulma qabiliyyətinə malikdir.
"Sharp" "Basio Active 2" HD+ təsvir ölçülü 5,7 düymlük ekranla təchiz edilib. Ekranın altında telefon kitabçasının açılması, Əsas səhifə düyməsinin təkrarlanması və mesajların işə salınması üçün cavabdeh olan üç arxa işıqlı fiziki düymə də var.
Yeni məhsulun performansını orta büdcəli "Snapdragon 695" çipi, 4 QB əməli yaddaş və 64 QB daimi yaddaş idarə edir. Smartfonun iki kamerası var - 50 meqapikselli əsas və 8 meqapiksellik ön kamera. Həmçinin 4000 mAh batareya ilə tə təmin olunub.
Digər xüsusiyyətlər arasında IP68 su və tozdan qorunma və MIL-STD-810H sertifikatı var ki, bunun sayəsində smartfon kiçik hündürlükdən düşməyə, sabun və su və spirt salfetləri ilə təmizlənə bilər.
"Sharp" "Basio Active 2" smartfonu xüsusi olaraq təqaüdçülər üçün yaradılıb. Cihaz naməlum nömrələrdən zəng edən zaman söhbətləri qeyd etmək və nömrələri qara siyahıya əlavə etmək imkanı ilə onlar üçün uyğunlaşdırılıb. Bundan əlavə, bəzi proqramlardakı kiçik mətn daha asan oxumaq üçün daha yüksək kontrasta malikdir.
"Sharp" "Basio Active 2" yalnız Yaponiya bazarında 41,8 min yen (təxminən 469,64 AZN) qiymətinə satılır.
Hüseyn İbadlı