Malayziya BRICS-ə sədrlik edən Rusiyaya təşkilata qoşulmaq üçün ərizə ilə məktub göndərib.
Publika.az xəbər verir ki, bunu Malayziyanın baş naziri Ənvər İbrahim deyib.
Malayziya da BRICS-də üzv ölkə və ya strateji tərəfdaş kimi iştiraka açıq olduğunu bildirib.
İbrahim bildirib ki, ölkəsinin BRICS-ə qoşulmaq niyyəti bir gün əvvəl Malayziyanın paytaxtı Kuala-Lumpura səfərə gələn Rusiya xarici işlər naziri Sergey Lavrovla söhbətinin əsas mövzusu olub.
Qeyd edək ki, iyulun 28-də Lavrov Malayziyaya səfərindən sonra keçirdiyi brifinqdə bildirib ki, Rusiya bu ölkənin BRICS-ə marağını alqışlayır.
O qeyd edib ki, Rusiya tərəfi bu marağı fəal şəkildə dəstəkləmək və təşkilatın sədri kimi onu təbliğ etmək niyyətindədir.
Hüseyn İbadlı