29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Səmada nadir astronomik hadisə müşahidə olunur

19 avq 2024 23:00
GÜNDƏM
ads

Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunur. Bu, Mavi Super Aydır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından QÜTB.AZ-a bildirilib ki, bu hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür. Avqustun 19-da Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olur.

Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.

İlin sonunadək sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də Super Ay müşahidə ediləcək.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur