"Avropa Komissiyası G7 öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kredit verəcək".
QÜTB.AZ xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen deyib.
O, bunun assosiasiyanın Ukraynanın bərpasına növbəti mühüm töhfəsi olduğunu vurğulayıb.
AK rəhbərinin Kiyevə səfəri zamanı elan edilən kredit, G7 ölkələrinin Avropa İttifaqında (Aİ) dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə vəsait toplamaq üçün hazırladıqları daha geniş planın bir hissəsidir.
Qeyd edək ki, bir gün əvvəl Avropa Komissiyasının rəhbəri Aİ-nin enerji infrastrukturunun saxlanması üçün Kiyevə 160 milyon avro ayıracağını bildirmişdi.
O qeyd edib ki, onlardan təxminən 100 milyon avro Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən götürülüb.
Hərbi əməliyyat zamanı Avropa İttifaqı Ukraynaya ölkənin enerji təhlükəsizliyi üçün təxminən 2 milyard avro yardım ayırıb.
Adəm Abbaslı