Fahriye Evcen ailəsi ilə birlikdə dağ-xizək kurortuna gedib.
Publika.az xəbər verir ki, 37 yaşlı aktrisa qarlı havada çəkdirdiyi fotoları instaqramda paylaşıb. Ulduzun həyat yoldaşı Burak Özçivit də oğlu ilə əyləndiyi kadrları sosial mediada bölüşüb və "Oğlumla" sözlərini qeyd edib. Burak Özçivit həm də xizək bacarıqlarını nümayiş etdirib.
Məşhurların qış tətili sosial şəbəkələrdə maraqla qarşılanıb.