Müğənni Nura Surinin Los-Ancelesdə yaşayan oğlu Xosrov baş verən yanğına görə təxliyə edilir.
QÜTB.AZ xəbər verir ki, ifaçı bu haqda sosial media hesabında paylaşım edib: "Yanğın böyük oğlumun evinə çatır. Həyəcandan yatmamışam. Burada ürəyim partlayır. Təxliyyə olunmalıdırlar".
Nura Surinin üç oğlu var. Onlardan ikisi ABŞ-də yaşayır.
Qeyd edək ki, ABŞ-nin Los-Anceles şəhəri yaxınlığında meşə yanğınları davam edir. Yanğının baş verdiyi ərazidə təxliyə təxminən 180 min nəfərin yaşadığı rayonları əhatə edir.