27.04.24 | Bakı 19.03° C |
09:04:29
Lent :

Seçkiyə 3 gün qalmış ara qarışdı: İmamoğlu-Kılıçdaroğlu "savaşı" yenidən alovlandı

14:00 28.03.2024
GÜNDƏM
ads

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) yenidən daxili qarşıdurmalar başlayıb. Keçmiş sədr Kamal Kılıçdaroğlunun tərəfdarları İstanbulun hər yerində pankartlar asaraq "Sizi kürəyinizdən bıçaqlayanlara səs yoxdur" mesajını veriblər.

Publika.az xəbər verir ki, İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu dəstəkləyən siyasətçilər ilə Kılıçdaroğlunu dəstəkləyən partiya üzvləri arasında növbəti dəfə söz savaşı başlayıb.

Kadıköyün keçmiş bələdiyyə sədri Selami Öztürk sosial media hesabında Kılıçdaroğluna səslənib: “İncimiş olar bilərsən, amma İmamoğlunun seçilməsi üçün səy göstərməlisən”.

Öztürk “Kamal Kılıçdaroğlu Könüllüləri” adlı birləşmənin partiyaya vəhşicəsinə hücum etdiyini də bildirib.

Kadıköy Bələdiyyəsinin keçmiş məclis üzvü Hüseyn Sağ isə Öztürkə İmamoğlunu qımayaraq cavab verib:

"Cənab Kamal niyə belə bir şey etdi? Seçkidən bir gün sonra çox sevdiyiniz İmamoğlu açıq şəkildə əvvəlcədən hazırlanmış videoda nə dedi? Bu sədrlə seçkiyə getsək, uduzacağıq. Onun dəyişikliyi necə etdiyini hamı bilir”.

Roza Şəfiyeva


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    19.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az