Bu ilin iyununda yeni Avropa Parlamentinə namizədliyini irəli sürmək niyyətini açıqlayan və hazırkı vəzifəsini vaxtından əvvəl tərk etməyi planlaşdıran Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinin üzvləri ilə görüşünün “tibbi səbəblərə görə” təxirə salıb.
Publika.az xəbər verir ki, görüşün yanvarın 17-də Strasburqda keçirilməsi nəzərdə tutulmuşdu. Bu barədə Belçikanın “Soir” nəşri məlumat yayıb.
Qeyd olunur ki, Mişelə lumbaqo tutması diaqnozu qoyulub, həkimlər ona fiziki aktivliyi və hərəkəti məhdudlaşdırmağı tövsiyə ediblər.
Bundan əvvəl Avropa Parlamenti yanvarın 17-nə Strasburqda keçiriləcək plenar sessiya çərçivəsində Aİ-nin dekabr sammitinin yekunları, habelə fevralın 1-də keçiriləcək növbədənkənar sammitin planları ilə bağlı müzakirələr planlaşdırmışdı. Mişel parlamentarilərlə danışmağa hazırlaşırdı, lakin onlar onun Avropa Şurasının rəhbəri postunu vaxtından əvvəl tərk etmək planlarını açıq şəkildə tənqid etmək niyyətində olduqlarını gizlətmirdilər.
İndi Mişelin deputatlar qarşısında çıxışının fevral sammitindən sonra baş tutacağı planlaşdırılır.
Tural