Səlahiyyətləri bu gün başa çatan Gürcüstan prezidenti Salome Zurabişvili Mixail Kavelaşvilinin andiçmə mərasimindən sonra Gürcüstan prezidentinin iqamətgahını tərk edəcəyini bildirib.
QÜTB.AZ xəbər verir ki, eyni zamanda, o, iqamətgahın qarşısında toplanan tərəfdarlara "prezident olaraq qalacağını" deyib.
Bundan əvvəl Zurabişvili bəyan etmişdi ki, o, Kavelaşvilinin legitimliyini tanımır və vəzifəsini tərk etmək niyyətində deyil. Şənbədən bazara keçən gecə o, öz iqamətgahında - Obreliani sarayında gecələyib, həmçinin tərəfdarlarını səhər saatlarında sarayın qarşısında toplaşmağa çağırıb və planları barədə açıqlama verəcəyini vəd edib.
Bu arada parlament binasında Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi başlayıb.
Tural