02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ukraynaya görə HAZIRLIQ BAŞLADI: 1 trilyon dollardan çox vəsait lazımdır ki...

09 mar 2024 21:00
GÜNDƏM
ads

Qərb ölkələri və iri şirkətlərin rəhbərləri Rusiya-Ukrayna münaqişəsindən sonra Ukraynanın 1 trilyon dollardan çox vəsait tələb edə biləcəyi genişmiqyaslı yenidənqurmaya hazırlaşır.

Publika.az xəbər verir ki, "Bloomberg bu barədə Avropa İnvestisiya Bankının məlumatlarına istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, özəl investorlar artıq Ukraynaya pul yatırmağa başlayıblar, türk şirkətləri isə Ukrayna şəhərlərində yolları və körpüləri bərpa edir.

Nəşrin ekspertlərinin fikrincə, 5-10 il ərzində ölkənin infrastrukturunu bərpa etmək üçün təxminən 3,5 milyon ton polad lazımdır. Böyük Qərb konsernilərindən biri artilleriya sursatları istehsalı müəssisəsi tikməyi, digəri isə tikinti materialları istehsalı üzrə müəssisə qurmağı planlaşdırır.

Bundan əvvəl avstraliyalı milyarder Endryu Forrest Ukraynada minaların təmizlənməsi üçün 3,3 milyon dollar ayırmaq niyyətində olduğunu açıqlamışdı .

Milyarderin keçmiş həyat yoldaşının rəhbərlik etdiyi Mindero Fondu Ukraynanın fermerlər üçün təhlükəsiz olması üçün məhsul yetişdirilən ərazilərdə minaların təmizlənməsinə 5 milyon Avstraliya dolları (3,3 milyon dollar) göndərəcək.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur