İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah" hərəkatının silahlılarının İsrailin şimalında yerləşən Dov dağına raket hücumunu atəşkəs rejiminin kobud şəkildə pozulması adlandırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Benyamin Netanyahunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş nazir "Hizbullah" hərəkatının bu addımlarına görə “qətiyyətli” cavab veriləcəyinə söz verib.