ABŞ Prezidenti Co Bayden keçmiş prezident Donald Trampa sui-qəsd cəhdindən sonra Texasa səfərini təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Səfər əvvəlcə iyulun 15-nə planlaşdırılıb. Səfərin yeni tarixi hələ məlum deyil.
NBC xəbər verir ki, ABŞ Demokratik Partiyası Donald Trampa qarşı sui-qəsd cəhdi fonunda Baydeni seçki yarışından kənarlaşdırmaq cəhdlərini dayandırıb.
Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
Atıcı məhv edilib və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə, o, Pensilvaniya ştatından olan 20 yaşlı Tomas Metyu Kruksdur.
"New York Post" mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.
Hüseyn İbadlı