Tbilisi şəhər məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qondarma “pencək işi” üzrə növbəti iclası başlayır.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Hələlik Saakaşvilinin sessiyada iştirak edib-etməyəcəyi məlum deyil.
İş çərçivəsində keçmiş prezident Saakaşvili, eləcə də Gürcüstanın Dövlət Təhlükəsizlik Xüsusi Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiya 9 milyon dollara yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Müdafiə tərəfi ittihamları əsassız hesab edir.