31.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Çimərliklərdə tapılan ağ maddə nədir?

31 yan 2025 05:00
GÜNDƏM
ads

Finlandiyanın Hanko yarımadasının sahillərində tapılan ağ maddənin qranulları yük gəmisinin yuyucu sularından çıxmış ola bilər.

QÜTB.AZ xəbər verir ki, bu barədə Finlandiyanın "Neste" neft emalı şirkəti məlumat yayıb.

"Hanko sahillərində tapılan ağ qranulların "Neste" üçün yük daşıyan gəminin yuyulma suyundan əmələ gəldiyi ehtimal olunur", - şirkətin açıqlamasında deyilir.

Gəmidəki suyun tərkibində yemək yağı, heyvan yağı və bitki yağları olub. Gəmi heyəti, "Neste"yə bildirib ki, yuyucu suyun limanın tullantı su sisteminə axıdılmasına dair göstərişlər almayıb.

Şirkət hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb və mümkün zərəri kompensasiya edəcəyini bildirib.

Yanvarın 28-də Finlandiya mətbuatı bir neçə çimərlikdə doluya bənzəyən naməlum ağ maddənin tapıldığını bildirib . Təcili xidmətlər bunun insanlar üçün zərərsiz, lakin heyvanlar üçün təhlükəli olan təbii yağların qarışığı olduğunu müəyyən edib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur