Almaniya kansleri Olaf Şolts bildirib ki, Ukrayna-Rusiya müharibəsi onlara güclü ordu və güclü NATO ittifaqına ehtiyac olduğunu göstərib.
Publika.az xəbər verir ki, o, yalnız bu halda Avropada sülh və təhlükəsizliyin qorunmasının təmin olunacağını açıqlayıb:
“Almaniya Hərbi Hava Qüvvələrinin istifadə etdiyi "Eurofighter" döyüş təyyarəsi çox güclüdür. Ölkənin müdafiə qabiliyyəti baxımından əhəmiyyətli və orduda istifadə edilən bir təyyarədir. Bunu gördükdən sonra Silahlı Qüvvələr tərəfindən istifadə edilən və uçan təyyarələrin necə qurulduğunu öyrəndim və bunun həm də çox peşəkar bir proses olduğunu görmək çox xoş oldu”.
Şolts Almaniyanın təhlükəsizliyi üçün əhəmiyyətli olan bəzi məhsullara da baxdığını bildirib: “Məsələn, A400 şəxsən uçduğum çox əhəmiyyətli bir təyyarədir. Görəndə çox rahatladım”.
Aysel Şahmar