31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Parlament mühasirəyə alınacaq: Paşinyan binadadır

29 may 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Bu gün Ermənistanda qızğın siyasi hadisələrin olacağı gözlənilir.

Publika.az
xəbər verir ki, Ermənistan parlamentində 2023-cü ilin dövlət büdcəsinin icrası haqda hesabat müzakirə edilir.

İclasda Nikol Paşinyan və nazirlər də iştirak edirlər. Keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi müxalifət hərəkatının parlamentə yürüş edəcəyi gözlənilir. Məlumatlara görə, müxalifət Paşinyan parlamentdə olduğu vaxt binanı mühasirəyə almağı planlaşdırır.

“Hraparak” nəşri isə yazır ki, hakimiyyət parlamentin mühasirəsinə qarşı bütün sərt addımları atacaq. Nəşrin iddiasına görə, artıq bununla bağlı tapşırıqlar verilib, bütün hökumət və güc strukturları bu ssenariyə hazırlaşır.

“Parlamentin ətrafında çoxsaylı polis qüvvələri toplaşıb. Binanın daxilində də nəzarət gücləndirilib. İclasda isə yalnız operatorlar və fotoqraflar iştirak edir, jurnalistlər iclas otağının yaxınlığına belə buraxılmayıb”, - nəşr qeyd edir.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur