Çərşənbə günü səhər saatlarından başlayaraq Rusiya Zelenoqrad şəhərin gəmirici zəhəri olan anbarda yanğın başlayıb.
Publika.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.
Bildirilib ki, yanğın saat 6.15 radələrində Zavodskaya küçəsində baş verib. Yanğın sahəsi təxminən 100 kvadratmetrdir. Yanğın patlama səsləri ilə müşayiət olunur.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Əhaliyə kimyəvi təhlükə ilə bağlı xəbərdarlıq edilib-edilməməsi ilə bağlı məlumat verilməyib.
Hüseyn İbadlı