02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Rusiya XİN-dən İrəvana SƏRT MESAJ: "Niyə hay-küy salırsınız?"

13 iyn 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) üzvlüklə bağlı “sonsuz hay-küy”ə son qoymağa çağırıb.

Publika.az xəbər verir ki, onun sözlərinə TASS istinadla məlumat yayıb.

“KTMT hər kəsin könüllü gəldiyi strukturdur. İştirakçı ölkələrə komanda-inzibati təzyiq sistemi yoxdur. Orada qarşılıqlı hörmətə əsaslanan dialoq var. Heç kim heç kimi zorla saxlamır. Niyə eyni Ermənistandakı siyasi xadimlər bu qədər illərdir bu mövzuda bu qədər spekulyasiya edirlər?” - diplomat deyib.

O, həmçinin erməni siyasətçiləri “özləri ilə məşğul olmağa” çağırıb.

"Niyə bu barədə sonsuz hay-küy salırsınız?" - o sual verib.

Zaxarova bəyan edib ki, Rusiya tərəfi həmişə Ermənistanla dost olacaq.

Xatırladaq ki, iyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxmaq planlarını açıqlayıb. Eyni zamanda o, bu beynəlxalq strukturu “köpük ittifaqı” adlandırıb.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur