Türkiyə Gənclər Birliyinin (TGB) üzvlərinin İzmirdə amerikalı hərbçinin başına torba keçirməsi ilə bağlı şəhər valiliyi məlumat yayıb.
QÜTB.AZ xəbər verir ki, Konak ilçəsinin Kipr Şəhidləri küçəsində TGB üzvü olan 13 kişi və 2 qadının mülki geyimdə olan iki amerikalı hərbçiyə zor tətbiq etdikləri təsdiqlənib.
Məlumata görə, mülki geyimdə olan digər 5 amerikalı hərbçi də davada iştirak edib.
Polis əməkdaşları dərhal olaya müdaxilə edib. Hadisədə iştirak edən 15 şübhəli şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.