02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Rusiya bu ölkəyə hücuma keçəcək: Jirinoviskinin dedikləri təsdiqlənir

29 fev 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Dnestryanıda separatçıların kömək üçün Moskvaya müraciət etməsi Rusiyanın Moldovaya müdaxiləsini gündəmə gətirib. Separatçıların müraciətindən sonra Moldova ölkədə səfərbərlik hazırlığına başlayıb.

Publika.az
xəbər verir ki, Rusiya mediası Moldovadakı proseslərlə bağlı Liberal-Demokrat Partiyasının keçmiş lideri, mərhum Vladimir Jirinoviskinin “öncəgörməsini” tirajlayıb.

Jirinoviski 4 il öncə bildirib ki, Moldovada çoxlu silah var və bu, Avropada başlayacaq III Dünya müharibəsinə kifayət edəcək.

“Əgər orada olanı partlatsanız, Avropa titrəyəcək. Özünüzü qanla yuyacaqsınız və Kişinyov hava limanına çatmağa vaxtınız olmayacaq. İki saata bu ölkənin sonu olacaq. Bizim seçilmiş qoşunlarımız var ki, onlar Avropanın yarısını şumlaya bilərlər”, - Jirinoviski deyib.

Jininoviski bunu deyəndə hələ Ukrayna müharibəsi başlamamışdı. Ukrayna müharibəsi təsdiq etdi ki, Rusiyanın ordusu nəinki Avropanı, heç Ukraynanı “şumlayacaq” gücdə deyil.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur