İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinə (İH) yeni sədr təyin olunub.
Publika.az report-a istinadən xəbər verir ki, bu, Seymur Adıgözəlovdur.
O, indiyə qədər qurumun sədr müavini olub və yeni vəzifəsində bir qədər əvvəl "Bakı Gəmiqayırma Zavodu" MMC-nin İH-nin sədri təyin olunmuş Elşad Nuriyevi əvəz edib.