Amerikalı müğənni Sissi Hyuston 92 yaşında dünyasını dəyişib.
QÜTB.AZ xəbər verir ki, sənətçi Alzheimer xəstəliyindən əziyyət çəkirdi. O, Nyu Cersidəki evində ailəsinin əhatəsində vəfat edib.
Xatırladaq ki, onun qızı, Uitni Hyuston 2012-ci ildə dünyasını dəyişib.
Sissi Hyuston 1938-ci ildə qardaşları Larri və Nikki, bacısı Ann ilə birlikdə The Drinkard Four adlı incil musiqi qrupunu yaradıb. 1970-ci ildən Hyuston solo karyerasına tam şəkildə başlayıb və müxtəlif janrlarda 600-dən çox mahnı yazıb.
O, 1997-ci ildə "Face to Face" və 1999-cu ildə "He Leadeth Me" albomları üçün "Qremmi" mükafatlarını qazanıb. Sənətçi 2018-ci ildə karyerasını başa vurub.