06.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Qırcı səs sürətini aşdı, evlərin damları YERİNDƏN QOPDU

20 iyn 2024 17:00
GÜNDƏM
ads
Advertisement

Polşa Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcısı səsdən yüksək sürətlə uçarkən evlərin damlarını qoparıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin baş komandanlığı məlumat yayıb.

Bildirilib ki, bu hərbi təyyarə ilə aviasiya insidentisi iyunun 20-də Malbork bölgəsinin Şalenets kəndi yaxınlığında baş verib.

“22-ci Taktiki Aviasiya Bazasının "MiQ-29" təyyarəsində təlim uçuşu zamanı təqribən 1000 fut (təxminən 305 metr) hündürlükdə uçarkən səs sürəti aşılıb”, - deyə məlumatda bildirilir.

Səs dalğasının təsirindən bir neçə binanın dam örtüyünün zədələndiyi bildirilib. Hərbi Jandarma və Hava Qəzalarının Təhqiqat Komissiyası artıq hadisəni öyrənir.

Komandanlıq əmin edib ki, silahlı qüvvələr zədələnmiş binaların təmiri ilə bağlı bütün xərcləri ödəyəcək.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur