Onlarla ox başlığının yeni təhlili tədqiqatçılara 3250 il əvvəl Avropanın ən qədim döyüş meydanında vuruşmuş döyüşçülər haqqında daha aydın təsəvvür yaratmağa kömək edib.
QÜTB.AZ "Antiquity" jurnalında dərc olunmuş məqaləni oxuculara təqdim edir.
Almaniyanın şimal-şərqindəki Tollonze çayının vadisində tunc və çaxmaq daşından ox uçları tapılıb. Tədqiqatçılar bu yeri ilk dəfə 1996-cı ildə həvəskar-arxeoloq Tollenze çayının sahilində qədim bir sümük tapandan sonra kəşf ediblər.
O vaxtdan bəri qazıntılar nəticəsində eramızdan əvvəl 1250-ci ildə məşhur "Tollenze çayı vadisi döyüşü"ndə ölən təxminən 150 nəfərə aid 300 metal və 12500 sümük tapılıb.
Tapılan silahlar arasında qılınclar, taxta çubuqlar və çoxlu ox ucları, eyni zamanda ölənlərin sümüklərində qalmış ox ucları var.
2007-ci ildən ərazini tədqiq edən tədqiqatçıların fikrincə, əvvəllər bu böyüklükdə döyüşə dair birbaşa dəlil tapılmayıb, buna görə də Tollenze Vadisi Avropanın ən qədim döyüş yeri hesab olunur. Sümüklərin öyrənilməsi döyüşən kişilər haqqında real mənzərə yaratdı: onların hamısı gənc, güclü və səmərəli döyüşçülər idi, bəziləri hətta əvvəlki döyüşlərdə aldığı yaraları sağaldıb yenidən döyüşə atılanlar olub.
Döyüşdə istifadə edilən ox uclarını tədqiq edən tədqiqatçılar qrupu həm yerli qruplaşmaların, həm də cənubdan gələn ordunun iştirak etdiyinə dair sübutlar tapıb. "Antiquity" jurnalında dərc edilən bu tapıntılar toqquşmanın Avropada regionlararası münaqişənin ən erkən nümunəsi olduğunu deməyə əsas verir və minlərlə il əvvəl mütəşəkkil silahlı zorakılığın vəziyyəti ilə bağlı suallar doğurur.
Cənub-Şərqi Mərkəzi Avropadan Çex tunc baltası və qılıncı kimi əcnəbi artefaktların əvvəlki tapıntıları, eləcə də qalıqların təhlili "Tollenze Vadisi Döyüşü"ndə kənar şəxslərin iştirak etdiyini göstərirdi. Arxeoloqlar indi ox başlıqlarının bəzilərinin Tollenze vadisinin yerləşdiyi Almaniyanın şimal-şərqindəki Meklenburq-Ən Pommern əyalətində hazırlanmadığını göstərən forma və xüsusiyyətlərdə əsas fərqləri müəyyən edə biliblər.
Adəm Abbaslı