02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Başladı: Prezidenti prokurorluğa çağırdılar

30 okt 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Gürcüstan Prokurorluğu ölkə prezidenti Salome Zurabişvilini oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı verdiyi ifadələrə görə dindirməyə çağırıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə prokurorluğun bəyanatında qeyd olunub.

“MSK-nın bəyanatına və KİV-də yayılan məlumatlara görə, Gürcüstan prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılmasına dair sübutlar olmalıdır, ona görə də qanuna görə, bu il oktyabrın 31-də Gürcüstan prezidenti dindirilmək üçün istintaq orqanına dəvət olunub”, - bəyanatda deyilir.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Rusiya ilə münasibətlərin qorunub saxlanmasının tərəfdarı olan və anti-Rusiya sanksiyalarına qarşı çıxan hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səs toplayıb.

Dörd müxalifət partiyası da cəmi 37,78% səs toplayaraq parlamentə daxil olub. Artıq müxalifət nümayəndələri MSK-nın məlumatlarını tanımadıqlarını bəyan ediblər. Onlardan 3-ü mandatlarından imtina edib.

Ölkə konstitusiyasına görə partiyasız olmağa borclu olan Zurabişvili Qərbyönlü müxalifətə qoşularaq müxalifət qüvvələrini seçkilərdən sonra etiraz aksiyaları təşkil etməyə çağırıb.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur