08.05.24 | Bakı 13.03° C |
01:05:15
Lent :

Qazaxıstanlı general HHQ-nin komanda məntəqəsində - FOTO

20:00 26.04.2024
GÜNDƏM
ads

Qazaxıstan müdafiə nazirinin birinci müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinov Azərbaycan Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlara komanda məntəqəsinin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumat verilib.

Daha sonra qazaxıstanlı nümayəndələr Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda qonaqlara hədiyyələr təqdim edilib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az