29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Qarabağ və Rusiya bazası...

19 fev 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanın yeni konstitusiya layihəsində nələrin əks olunduğu haqda məlumatlar yayılıb.

Publika.az
xəbər verir ki, “Hraparak” nəşri yeni layihənin Konstitusiya İslahatları Şurasında müzakirəyə çıxarıldığını yazır.

“Məlumatlara görə, yeni konstitusiya layihəsində İstiqlal Bəyannaməsindən imtina edilir, eləcə də soyqırımı iddiaları çıxarılır”, - nəşr yazır.

Ermənistanın istiqlal bəyanaməsində Azərbaycana qarşı ərazi iddiaları, o cümlədən, Türkiyəyə qarşı qondarma “soyqırımı” iddiası yer alır. Mövcud konstitusiyada da bu bəyannaməyə istinad edilir. Azərbaycan konstitusiyanın dəyişdirilməsi tələbi ilə çıxış edib. Ermənistan hakimiyyəti də qəbul edir ki, mövcud konstitusiya qaldığı müddətdə sülh bağlamaq mümkün olmayacaq.

Nəşr yazır ki, yeni konstitusiya layihəsində Rusiyaya qarşı da addımlar nəzərdə tutulur.

“Layihədə qeyd olunur ki, “Ermənistan özünü bitərəf ölkə elan edir, onun ərazisində xarici silahlı qüvvələr daimi əsasda yerləşə bilməz”. Bu, Rusiya bazalarının və sərhəd qoşunlarının çıxarılmasına yönəlib”, - nəşr qeyd edir.

Asif



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur