29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Rusiyada Allahqulunun dəhşətli qətli: Reket azərbaycanlı öldürübmüş

29 avq 2024 14:00
GÜNDƏM
ads

Ötən gün Masallı rayonunun Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində bıçaqlanaraq qətlə yetirilib.

QÜTB.AZ xəbər verir ki, Diaspora.TV hadisə ilə bağlı əlavə informasiyalar əldə edib.

Məlumata görə, hadisəni törədən şəxs də azərbaycanlı olub, Ağsu rayonundan olan cinayətkarın Surqutda reketliklə məşğul olduğu iddia edilir.

Qeyd olunur ki, qarşı tərəf (adı və soyadı ilə bağlı dəqiqləşmə aparırıq) Allahqulu Səfərovdan haqq - pul istəyib. Lakin Allahqulu Səfərov onun bu tələbini rədd edib, sonra tərəflər görüşüb və orada Allahqulu Səfərov bıçaqla vurularaq öldürülüb.

Qeyd edək ki, Allahqulu Səfərovun atası Əlihüseyn Səfərov Şatıroba kəndində xeyriyyəçiliklə məşğuldur, kənddə yeni məscid tikdirib, imkansız ailələrə dəstək olur.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur