Qırğızıstan hakimiyyəti xəbərdarlıq edib ki, sosial şəbəkələr vasitəsilə ölkə vətəndaşlarını, o cümlədən azyaşlıları Rusiyada terror aktları törətməyə cəlb etməyə çalışırlar.
Publika.az xəbər verir ki, Bişkek respublika vətəndaşlarını təxribatlara uymamağa və valideynləri övladlarına nəzarət etməyə çağırıb.
“Rusiya Federasiyasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyinin Nümayəndəliyi xəbərdarlıq edir ki, sosial şəbəkələr və Teleqram kimi populyar mesencerlər vasitəsilə vətəndaşların, o cümlədən azyaşlı uşaqların Rusiyada terror aktlarında iştirak etməsi üçün fəal iş aparılır”, - Qırğızıstan Əmək Nazirliyinin bəyanatında deyilir.
Onlar əsasən tanışlıq saytları vasitəsilə fəaliyyət göstərir və müxtəlif qruplardakı yazışmaları, həmçinin dini, mədəni və milli zəmində təhlil edərək qurbanları müəyyənləşdirirlər. Həmçinin tez-tez depressiyada olan və ya bir növ çətinlik yaşayan insanlara diqqət yetirirlər.
“Nümayəndəlik Rusiyada yaşayan və ya müvəqqəti qalan Qırğızıstan vətəndaşlarını müxtəlif təxribatlara uymamağa və sosial şəbəkələr vasitəsilə iş tapmamağa çağırır”, - nazirlik bildirir.
Akqabay