Yanvarın 24-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində qarlı hava şəraiti davam edir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, hazırda Naxçıvan, Şərur, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Zaqatala, Altıağac, Quba, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada qar yağır.
Göygöl, Şahbuz, Balakən, Şəki, Sarıbaş (Qax), Şamaxı, Göyçayda duman müşahidə olunur. Sözügedən ərazilərdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.
X X X
Yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zərgəzurda, Naxçıvan Muxtar Respublikasında, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 2-6 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxtadır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək.
Bəzi yolların buz bağlayacağı ehtimalı var
X X X
Yanvarın 24-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb.
Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti , dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxtadır.
X X X
Yanvarın 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensiv olub.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometerolgiya Xidməti məlumat yayıb.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 44 sm, Kişçay (Şəki), Ordubadda 29 sm, Daşkəsəndə 26 sm, Yardımlı, Gəbədəydə 20 sm, Qəbələdə 18 sm, Göygöldə 17 sm, Lerikdə 16 sm, Qrızda 13 sm, Şəki, Şahbuz, Biləsuvarda 12 sm, Xaltan, Quba, Oğuzda 11 sm, Zaqatala, Qusarda 9 sm, Göytəpə, Naxçıvan, Altıağac, Tovuzda 8 sm, Ceyrançöldə 7 sm, Sədərəkdə 6 sm, Göyçay, Mingəçevir, Şərurda 5 sm, İmişli, Tərtər, Şabranda 4 sm, Qobustan, Ağdam, Ağstafada 3 sm, Gəncədə 2 sm, Culfa, Şəmkirdə və Bakıda və Abşeron yarımadasında 1 sm olub.
Düşən yağıntının miqdarı Yardımlıda 26 mm, Lənkəranda 25 mm, Sarıbaşda (Qax) 19 mm, Lerik, Göyçayda 16 mm, Şərur, Cəlilabadda 15 mm, Astarada 14 mm, Zərdab, Lerikdə 12 mm, Biləsuvar, Gədəbəydə 11 mm, Kişçay (Şəki), Qəbələ, Oğuz, Kürdəmir, Şəki, Şahbuz, Daşkəsən, Beyləqan, İmişli, Zaqatala, Mingəçevir, Sabirabad, Ağdam, Neftçala, Tovuz, Göygöl, Naxçıvan, Balakən, Quba, Xaltan, Bərdə, Yevlax, Ordubad, Altıağac, Qusar, Tərtər, Qobustan, Sədərək, Şabran, Gəncə, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Ağstafa, Naftalan, Culfa, Salyan, Ceyrançöl, Ağsu, Ağcabədi, Şirvanda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub.
Bundan başqa, şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Şirvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 15-20 m/s-dək güclənib.
Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 2-5 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta olub.