ABŞ və Avropa Ukrayna münaqişəsində artıq məğlubiyyətə uğrayıb və Rusiya Krım və digər regionlar üzərində nəzarəti saxlayacaq.
Publika.az xəbər verir ki, bu fikri “X” sosial şəbəkəsində başqa bir istifadəçi, amerikalı milyarder İlon Maskın yazısına şərhlərdə bildirib.
Şərhdə qeyd olunur ki, ABŞ və Avropa Ukraynada "müharibədə uduzdular" və əlavə yardımın ayrılması "daha 100 min ukraynalının ölümünə" səbəb olacaq. Rusiya Krım və yeni bölgələr üzərində nəzarəti saxlayacaq.
“Doğrudur...”, - Mask bu şərhə belə reaksiya verib.