Yunanıstan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin “Ünsiyyət Modeli”nin uğurundan ilhamlanaraq Dezinformasiya ilə Mübarizə Mərkəzinə bənzər bölmə yaradacaq.
Publika.az xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti yazıb.
Bildirilib ki, dezinformasiya təkcə daxili siyasətdə deyil, həm də xarici siyasətdə problem yaradır. Xəbərdə bir ölkənin adi silahlar yerinə dezinformasiya ilə hədəf alına biləcəyi vurğulanıb. Buna görə də hökumətin dezinformasiyanın qarşısını almaq üçün xüsusi bir bölmə yaradacağı bildirilib.
Yunan mətbuatında dərc olunan əvvəlki xəbərlərdə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzinə bənzər bir platformaya Afinanın ehtiyacı olduğu qeyd edilib.
Roza