Rusiya prezidenti Vladimir Putin BMT-nin baş katibi Antonio Quterreşlə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində görüşə bilər.
Publika.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
“İstisna etmirəm ki, onların ayaq üstə görüş imkanları olacaq, amma kənarda ünsiyyət qurmaq imkanı da olacaq”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, ŞƏT-in növbəti sammiti iyulun üçüncü və dördüncü tarixlərində Astanada “Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişafa səy” şüarı altında keçiriləcək.
Bundan əvvəl Quterreşin Qazaxıstanın paytaxtına ŞƏT sammitində iştirak etmək üçün getdiyi bildirilib. Məlumata görə, BMT-nin baş katibi ŞƏT+ formatında baş tutacaq müzakirələrdə iştirak edəcək.
Adəm Abbaslı