İrlandiya prezidenti Maykl Hiqqins özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, ilkin müayinə heç bir narahatlıq yaratmasa da, Hiqqins əlavə müayinələr üçün xəstəxanaya yerləşdirilib və səhhəti ilə bağlı heç bir açıqlama verilməyib.
Medianın yazdığına görə, bir gün əvvəl Hiqqins peşəkar fəaliyyətdə əldə etdiyi nailiyyətlərə görə Dublin Beynəlxalq Film Festivalı mükafatını britaniyalı rejissor Stiv Makkuinə təqdim edib, həmçinin bir sıra görüşlər keçirib.
Cəmilə