28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Rusiyada ermənilərin bu suyunun satışı dayandırıldı: Təhlükəlidir

13 fev 2024 13:00
SƏHİYYƏ
ads

"Rospotrebnadzor" təhlükəsizlik yoxlaması aparmaq üçün "Cermux" markalı mineral suyun müəyyən partiyalarının satışının müvəqqəti dayandırıldığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Qərar 2014-cü il fevralın 12-də Vladiqafqaz sakininin “Cermux” mineral suyunu içməsi nəticəsində qida borusunun yanması faktı ilə bağlı daxil olmuş məlumatla əlaqədar qəbul edilib.

Məhdudiyyətlər 28 dekabr 2023-cü il tarixindən istehsal edilmiş və 28 dekabr 2023-cü il tarixindən 12 fevral 2024-cü il tarixədək Rusiya bazarına verilən 0,5 litrlik şüşə butulkalara qablaşdırılan suya aiddir.

Bu məhsulların distribütorlarına müvafiq bildirişlər göndərilib. "Rospotrebnadzor" vurğulayıb ki, bu tədbirlər potensial təhlükəli məhsulun alınması risklərini minimuma endirməyə yönəlib.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur