"Bilirsiniz, biz dövlətlərarası əlaqələr qurmuşuq".
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində "Rusiya prezidenti Vladimir Putinə etibar edirsinizmi?" sualına cavab verərkən deyib.
“Həm Ermənistan, həm də Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələr çərçivəsindəyik”, - Paşinyan bildirib.
“Siz hazırda Vladimir Putinlə əlaqə saxlayırsınızmı?” sualına Paşinyan belə cavab verib: “Bəli, sonuncu dəfə dekabrda danışmışam”.