Ermənistanın Baş naziri Nikol Paşinyan Blenheym sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlıqla bağlı gündəlikdəki məsələləri müzakirə ediblər.
Söhbət zamanı həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesinə istinad edilib. Regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər vurğulanıb.
Liderlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Hüseyn İbadlı