"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sına qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.
Publika.az xəbər verir ki, matç Danimarkadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Morten Kroq olacaq. Ona yan xətt hakimləri qismində Vollenberg Rasmussen və Steffen Bramsen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Heybət