Fransa polisi Parisdə Arc de Triomphe yaxınlığında elan olunmamış etiraz nümayişdə iştirak edən azı 66 fermeri saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
Cümə günü səhər saatlarından etibarən aksiyada 150-yə yaxın etirazçı iştirak edib. Onlar Parisin mərkəzinə əlavə olaraq bəzi yolları, xüsusən də paytaxt A86 ətrafındakı ikinci dairəvi yolu və şərq A4 avtomobil yolunu bağlamağı planlaşdırıblar.
Daha əvvəl bildirilmişdi ki, fermerlər cümə günü traktorlar və ot bağlamaları ilə Yelisey çöllərində nəqliyyatın hərəkətini bir neçə saat kəsiblər.