Rusiyalı aparıcı-aktrisa Tatyana Lazareva terrorçular və ekstremistlər siyahısına əlavə edilib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dövlət Dumasının deputatı Andrey Alşevskixin sorğusuna cavab olaraq Lazarevaya qarşı bir neçə gün əvvəl iş açılıb. Aparıcı terrora haqq qazandırmaqda ittiham edilib.
Bildirilir ki, teleaparıcı ötən ilin avqustunda “Və Qrem çökdü” podkastında Ukraynanın pilotsuz təyyarələrinin Rusiya hədəflərinə hücumu ilə bağlı xəbərləri oxuyanda sevindiyini etiraf edib.