01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Ərdoğandan inflyasiya ilə bağlı ümidverici AÇIQLAMA

17 mar 2024 05:00
GÜNDƏM
ads
Advertisement

"Nazirlər Kabineti ölkədə inflyasiyanın bir rəqəmə enməsini gözləyir".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, hakimiyyət pandemiyaya, regional müharibələrə, qlobal iqtisadi böhrana və Türkiyənin cənub-şərqində baş verən fəlakətli zəlzələyə baxmayaraq, maliyyə yükünü minimuma endirməyə çalışır.

Prezidentin sözlərinə görə, hökumət inflyasiyanı yenidən birrəqəmli rəqəmlərə endirəcək və Türkiyə cəmiyyətinin bütün təbəqələrinin rifahında sabit, davamlı artımı təmin edəcək.

Lakin Ərdoğan bu tapşırığın yerinə yetirilməsi üçün konkret müddət göstərməyib.

Əvvəllər 2024-cü ilin sonuna qədər Türkiyədə inflyasiyanın orta hesabla 44,19% olacağı bildirilirdi .

Martın 11-də Türkiyənin milli valyutası antirekordu yeniləyərək tarixdə ilk dəfə 1 dollar üçün 32 lirədən aşağı düşüb.

Bundan əvvəl isə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsinin artırılmasına fasilə verib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur