Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokutso sosial şəbəkələrdə argentinalının dünya kuboku ilə çəkilmiş şəklini paylaşıb.
QÜTB.AZ xəbər verir ki, şəkil onların mənzilində çəkilib. Leo hətta evdə də Dünya Kubokunu qucaqlayaraq oturur.
Bu gün argentinalılar 2022-ci il dünya çempionatının finalında Fransa yığması üzərində qazandıqları qələbənin iki illiyini qeyd edirlər.